
FEMEN təşkilatı növbəti yarıçılpaq aksiyasını keçirib
Ukraynalı qadınlar yenə soyundular. ANS PRESS-in məlumatına görə, FEMEN təşkilatının çılpaq aktivistləri avtomobil idarə etmək hüququndan məhrum edilən Səudiyyə Ərəbistanındakı həmkarları üçün aksiya keçiriblər. Çılpaq aksiyaları ilə tanınan təşkilatın 15-ə qədər üzvü Səudiyyə Ərəbistanının Kiyevdəki səfirliyinin binasının önünə toplaşıblar. Onların əsas şüarları isə "Qadınlara maşın, kişilərə dəvə", "Mənə yol ver", "Let’s drive", “Wild morals” və sairə olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların maşın sürmək hüququ olmayan yeganə ölkədir. May ayının 26-da 32 yaşlı Manal əl-Şərif adlı Səudiyyə Ərəbistanlı qadının sükan arxasına oturduğu üçün cəzalandırılmasından sonra bu məsələ dünya ictimaiyyətinin nəzərini cəlb edib. Maşın sürərkən lentə alınan fotosunu internetə qoyduğu üçün bir həftə həbsdə qalan qadın "bir daha maşın sürməyəcəyi və jurnalistlərlə danışmayacağı" barədə söz verdikdən sonra azad edilmişdi.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini