lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

ATV-nin evcik oyunu ...

“Evcik” oyunu uşaqlığımızda ən çox sevdiyimiz oyun idi. Bizim həyətdə bir qız vardı, o həmişə evciyimizin “mama”sı olmaq istəyirdi. Deyirdi, “mən mama olum siz də mənim uşaqlarım”. Bu “mama olmaq” arzusu elə böyük idi ki, biz hələ 10-cu sinifdə oxuyanda xəbər tutuq ki, filankəs qoşulub qaçıb. İndi üç uşaq anası olan filankəsin uşaqları doyunca evcik oyunu da oynaya bilmir.
Hər axşam o balalarını yığıb başına ATV-nin evcik oyununa baxır.
ATV-nin gün boyu efirinin elə əsas məğzi də budu .Qızlarının tez bazar başını əkmək, ya ərə vermək istəyən ailələrə tövsiyyələrini təqdim etmək.

Artıq bir ilə yaxındır ATV-nin efirdə türk kanallarından çox səliqəsiz köçürülən izdivac verilişi gedir. “Onun yarısı” adlı veriliş adı kimi onun yarısını bunun yarısına, o birinin yarısını bir başqasının yarısına “birləşdirir”.

Ən əvvəl adama gülməli gələn məqam odur ki, verilişin bu iki aparıcısı ailə həyatı qurmadan, “ailə çərçivəsi”nin dadını bilmədən evlilikdən dəm vurur, yaşıdları bir kənara, valideynləri yaşında olanlara dərs verirlər. Özünü xanım, yerə baxan qız kimi təqdim etməyə çalışan Günay, saray geyimləri geyib, efirdə “smirno” oturub arada nazla bir söz deməyı aparıcılıq hesab edir .Onun yarısı olan Zaurun isə yersiz, mənasız evlilik haqqında teoremləri verilişin məqsədini sıfıra endirir. İlk vaxtlar millətin ailə qurmağında mənəvi və maddı yardım göstərəcəyini məqsəd kimi elan edən kanal zamanla reklam sifarışçilərinin sayını artıra-artıra heç oldu. Zarafatı sevən qızlar, oğlanlar, “tutar qatıq, tutmaz ayran” deyib axışdı verilişə. Tez-tez guya veriliş daxilində yenilik etmək istəyən “Onun yarısı” artıq maraq doğurmadığının fərqinə varanda, keçdi aparıcılarına. Kanal birdən-birə gizli qalan Günay-Zaur mifini kəşf etdi. Cammatı ev-eşik etmək missiyası qaldı kənarda, tamaşaçı başladı bu nağıl şounu izləməyə. Zaur Günaya bunu aldı ,Günay Zaura “indiyskiy” baxışlarla baxdı, Zaur ona sığal çəkdi, qarşısında diz çökdü və ilaxır. Arada da onların bu “romantik” səhnəciklərinin fonunda yar axtaran taliblər görüşdü. Veriliş heyyətinin başı aparıcıların növbəti şousuna necə qarışdısa, efir nalayiq adamlarla doldu. 3, 5 uşaqlı kişılər cəsarət toplayıb efirə gəldi, halalca arvadını unudub sütül qız axtarışına çıxdı. Onların arasında tanınmışların (hətta xalq artistinin) yaxınları da vardı.

Bu gün yenə veriliş öz havasında davam edir. Biri kefindən gəlir bura, biri ağzına gələni gətirir dilinə, Zaur və Günay - hind nagıl qəhrəmanları isə öz işlərində. Mənim sözüm nə Zaur –Günayın məhhəbbətinə, nə də bu veriliş vasitəsiylə sağlam ailə quracağına inanan insanlaradı. Sadəcə bu verilışdə adamı narahat edən şəhərdə yaşayan 18, 19 ,20 yaşlarında olan, hələ keçıd dövrünü yaşayan gənclərin evləndirilməsi siyasətidi. Axı hamının da olmasa heç olmazsa yarı gəncliyin oxumağa borclu olduğu bir vaxtda bu nə məsələdi. Kefi bu qızı istəyən oğlana dəstək vermək, heç anasına bugünədək çay gətirməyən qızı ərə getməyə həvəsləndirmək kimin həddidi. Özü də bu qərarı studiyada psixoloqun da yox, falçının “uzaqgörən” fikirləri ilə bir az da dəstəkləmək. İlin günün bu vaxtında insanların gözünü açmaq əvəzinə falla oturub-durmağa inandırmaq böyük “cəsarət”di. Falının “blat”ını bir az da artırmağa xidmət edən bu tv kanal tamaşaçıya necə zərbə vurduğunu belə anlamır. Anlasa ən azı “səviyyə” kəliməsini təhqir edən bu verilişi bağlayar.

Teleradio Şurasının rəhbərı hörmətli Nuşirəvan müəllim söz verib və xəbərdarlığını edib də. Amma sonuncu “Onun yarısı” veriliş bölümlərindən sonra hələ də bir əncam verilməməsi sual doğurur. Hörmətlı şura sədri bəlkə də heç bu kanalı izləmir belə.
Deyirəm, iki bayquş olardı və çıxardı Nuşirəvan müəllimin hüzuruna xarabaya döndərilmiş efirlərdən o ki var söz açardı. Amma harda... qış vaxtı, şəhərin mərkəzində bayquş nə gəzir... Və bu dəm bayquş qəhət olsa da, sığınıram dahı Nizaminin sətirlərinə...

* * *

Razı sal ürəklərı, ömrün boyu sözündən
Allah da razı qalsın bəlkə sənin özündən.
Yaxşılıqla çatdırsa hər kəs işini sona,
Yaxşı üz göstərəcək öz yaxşılığı ona.
Üzr gətirmə, səndən istəməmişlər hiylə,
Səndən istənilən şey yalnız əməldir, dinlə.
Sözlə keçsəydi işlər, əsla olmazdı dərdi
Nizaminin şöhrəti fələyə yüksələrdi.

(Nizami Gəncəvi “Nuşirəvan şah və bayquşların söhbəti”)



Baxanlar: 217 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 114
    İstifadəçilər: 1
    Qonaqlar: 110
    Axtarış robotları: 3

    İstifadəçilər:
    AlfaBetg

    Axtarış robotları:
    GooglebotYandex
    Googlebot-Image


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}