
Mahnı Müsabiqəsinin konsepsiyasının təqdim ediləcək, loqo və şüarı açıqlanacaq
Yanvarın 25-də “Buta Palace”da “Eurovision-2012” Mahnı Müsabiqəsinin rəmzi açarının təqdim edilməsi, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və mahnı müsabiqəsinin loqo və şüarının prezentasiyası ilə bağlı tədbir keçiriləcək. “Eurovision-2012” İşçi Qrupundan Lux.az-a verilən məlumata görə, “Eurovision-2012” Mahnı Müsabiqəsinin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcəklər.Rəmzi açarın təqdim edilməsi mərasimində “Eurovision 2011”-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers rəmzi açarı Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision 2012”-yə ev sahibliyini rəsmən qəbul edəcək. Bundan sonra “Eurovision-2012”Mahnı Müsabiqəsinin yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. “Böyük beşliyin” yəni Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın, o cümlədən keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin “Eurovision 2012”-də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
Tədbirin vacib məqamlarından biri “Eurovision-2012” Mahnı Müsabiqəsinin konsepsiyasının təqdimatı olacaq. Möhtəşəm “Eurovision” axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.
Qeyd edək ki, 2004-cü ildən etibarən “Eurovision” Mahnı Müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
Xatırladaq ki, may ayının 22, 24-də “Eurovision 2012”-nin yarımfinal, mayın 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini