
Xəzərin sahilində heyrətamiz şəhər salınır
Xəzər dənizinin Bakı sahilləri yaxınlığında süni adaların yaradılması işinə artıq başlanılıb. Lent.az-ın məlumatına görə, mərkəzdən təxminən 25 km məsafədə Sahil qəsəbəsi yaxınlığında adaların yaradılması üçün konkret işlər görülür. Artıq ərazidə sahil boyunca böyük bir ərazi hasarlanıb, ərazidə torpaq işləri görülür.Lux.az-ın məlumatına görə, adalar sahildən 8 kilometr uzaqlığa kimi uzanacaq və adaları sahillə körpülər birləşdirəcək. Adalar üzərində isə nəinki regionda, dünyada analoqu olmayan şəhər salınacaq. “Xəzər Island” ("Xəzər adaları") adlanacaq bu şəhərdə bir milyondan çox əhali yaşaya biləcək.
Bundan başqa ada üzərində dünyada ən hündür olacaq 185 mərtəbəli otel binasının da tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, bu şəhərin 2026-cı ildə tam hazır olması nəzərdə tutulub.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini