
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC "Eurovision-2012" mahnı müsabiqəsi üçün şəbəkə infrastrukturunu gücləndirir
Bu barədə şənbə günü "Azerfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev deyib."Hazırda paytaxtın ictimai yerləri, hava limanı, hava limanına qədər magistral yol və paytaxt qonaqlarının yerləşdiyi yerlərdə şəbəkənin gücləndirilməsi üzrə işlər aparılır", - Fərzəliyev bildirib.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2011-ci ilin dekabrında ölkənin hər üç mobil rabitə operatoruna Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq üzrə müvafiq göstəriş verib.
Nazirliyin məlumatına əsasən, operatorlara müsabiqənin keçiriləcəyi dövrdə yerli operatorların qonaq şəbəkəsində yerləşən xarici abunəçilərin telefon nömrələrinə informasiya xarakterli qısa məlumat göndərməyi təşkil etmək tapşırılıb.
Məlumatlarda müsabiqənin internet-resursu, telefon-sorğu mərkəzi, eləcə də əlaqə məlumatları və müsabiqə dövründə vətəndaşları Bakıda olacaq ölkələrin səfirlikləri haqqında lazımi məlumat əks olunmalıdır.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini