lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

Rusiya saytı "erməni tarı və kamançası" satır

Rusiyanın pulsuz onlayn elanların yerləşdirilməsilə məşğul olan Slando.ru saytında Azərbaycanın milli musiqi alətləri erməni alətləri kimi təqdim olunub.
Azərbaycanın Müəllif Hüquqları Agentliyi Rusiyanın Slando.ru pulsuz elanlar saytında Azərbaycanın tar, kamança və saz milli musiqi alətlərinin erməni alətləri kimi təqdim olunmasına münasibət bildirib.

"Bu, növbəti erməni plagiatıdır. Onlar bizim digər folklor nümunələrimiz kimi, milli musiqi alətlərimizi də mənimsəməyə cəhd edirlər, - deyə agentlikdən Lux.Az saytına daxil olmuş məktubda bildirilir. - Azərbaycan qədim və zəngin folklor ənənələri olan ölkədir. Onların arasında ən vacib yerlərdən birini musiqi irsimiz tutur. Buraya həm qədim mahnı və nəğmələrimiz, həm lirik bayatılarımız, aşıq mahnılarımız və şübhəsiz ki, muğam daxildir. Azərbaycanın Qarabağ bölgəsində Azərbaycan aşıqları yaradıblar, erməni aşıqları isə onları yamsılayıblar. Mahnı və nəğmələr bizim tar, kamança, saz kimi alətlərimizin müşayiəti altında oxunub. Bütün bu dövrdə onlar "ermənilərin qanına işləyib"".

Agentlik bu faktı məşhur erməni xadimlərinin də etiraf etdiyini xatırladır və onlardan bəzilərini misal kimi göstərir: "Erməni aşıqlarını yalnız onların erməni ailələrində doğulduqları üçün erməni saymaq olar. Onlar daim Azərbaycan ustadlarının yaradıcılığına istinad ediblər, onların istifadə etdikləri alətlər isə türk alətləri – saz, santur, kaman və ya kamança, bağlama olub" (M.Nalbandyan, Əsərlərinin tam külliyyatı, Cild 1). Eyni müəllif "əksər mahnı və nəğmələrin türklərdən götürüldüyünü" də yazırdı: "Mən ermənilərin yaşadıqları çox yerlərdə olmuşam və həmişə hansısa erməni mahnısı dinləmək istəmişəm. Təəssüf ki, buna nail ola bilməmişəm".

"Mşaq" erməni qəzeti (Tbilisi, 3 sentyabr 1916-cı il) erməni xalqı arasında Azərbaycan musiqisinin uğurlarından yazırdı: "...onların (ermənilərin) qulaqları tar və kamança səsilə dolub. Bu üzdən də şərq mahnısı erməni xalqının canına, qanına hopub".

Məktubda bildirilir ki, ermənilərin Azərbaycan mədəni sərvətini mənimsəməsi ənənələrilə tanış olmaq istəyənlər professor Kamran İmanovun Azərbaycanın Müəllif Hüquqları Agentliyinin saytında (www.copag.gov.az) yerləşdirilmiş "Erməni "xalq nağılları"" kitabının elektron versiyasını oxuya bilərlər.




Baxanlar: 296 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 90
    İstifadəçilər: 1
    Qonaqlar: 87
    Axtarış robotları: 2

    İstifadəçilər:
    taleh86

    Axtarış robotları:
    GooglebotYandex


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}