lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

Azərbaycanda nazirlik əməkdaşları rüşvətə görə tutuldular

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb olunubla 

Baş Prokurorluq korrupsiya faktları ilə bağlı növbəti dəfə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Tovuz rayon sakini Cəfər Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət edib. Müraciət əsasında toplanmış material üzrə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1.000 manat məbləğində rüşvət alıb. Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib. Ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi alıb. Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə Cinayət Məcəlləsinin rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Baxanlar: 318 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 103
    İstifadəçilər: 1
    Qonaqlar: 100
    Axtarış robotları: 2

    İstifadəçilər:
    taleh86

    Axtarış robotları:
    GooglebotYandex


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}