lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

15 yaşlı gəlin: "Ərim fahişəlik etməyimi istəyirdi"

Əfqanıstanda 15 yaşlı gəlini vəhşicəsinə döyən, onu dözülməz işgəncələrə məruz qoyan və 5 ay ərzində zirzəmidə saxlayan ailənin üzvlərinin həbsləri davam edir.
Bu biçarənin atası, anası, qayınatası, qayınanası, iki baldızı həbs olunub. Aylarla döyülən, söyülən, bədənində siqaret yandırılan, vəhşicəsinə zorlanan 15 yaşlı biçarənin əri isə hələ də axtarışdadır.

Lux.Az "Asia Times"a istinadən bildirir ki, gəlin köçdüyü evdə işgəncələrə məruz qalmış 15 yaşlı Səhar Gülün başına gətirilənlərin araşdırılması ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzayın şəxsi göstərişindən sonra istintaq daha da sürətlənib.

Məlum olub ki, Səhar Gülün əri onu toy gecəsinin səhəri döyərək zirzəmiyə salıb, orada beş ay saxlayıb. Bu müddət ərzində Səharı qayınanası, qayınatası və baldızları amansızcasına döyüb, əri sürəkli zorlayıb.
15 yaşlı gəlinin belə vəhşiliklərə məruz qalması isə onun ərinin tələbini yerinə yetirməməsi olub.

"Ərim fahişəlik etməyimi istəyirdi. Mənsə dedim ki, ölərəm, amma bunu etmərəm. Bir dəfə zirzəmidən çıxıb qaça bildim və qonşunun evində gizləndim. Lakin qonşu məni ərimə verdi", - Səhar deyib.

"Qızın qohumları bizə müraciət edəndən sonra Səharı azad edə bildik. Bu, XXI əsrdə yolverilməz cinayətdir", - Əfqanıstan DİN-in mətbuat xidmətinin rəhbəri Siddiq Siddiqi deyib.

Əfqanıstan Səhiyyə Nazirliyi isə bəyan edib ki, Səharın başına gətirilənlər ölkə üçün tipik hadisə deyil: "Belə vəhşiliklə ilk dəfə qarşılaşırıq. Üstəlik, Səhar qadınların hüquqlarının fasiləsiz pozulduğu kənd yerində yox, Bağlan vilayətinin inzibati mərkəzi olan Puli Humridə yaşayırdı".

Səhar hazırda Kabilin Mərkəzi Hospitalındadır.
"Bu biçarənin vücudundakı fiziki yaralar gün keçdikcə sağalır. O, zəruri müalicə alır. Lakin Səharın psixikasına vurulmuş ağır zərbələri kim və necə sağaltsın?!" - Əfqanıstanın səhiyyə nazirinin müşaviri Abdulla Fəhim deyib.

Onun sözlərinə görə, ən yaxın vaxtlarda Səhar daha dolğun və tam müalicə almaq üçün Hindistana göndəriləcək.

Fəhim onu da deyib ki, Səhar Gülün məruz qaldığı işgəncələr tükürpədicdir. Onun əri və yeni "ailəsi" qızı sürəkli döymək, zorlamaq və ac saxlamaqla yanaşı, kəlbətinlə onun bədənindən ət tikələri qoparıblar.

Səharın atası Məhəmməd Əman isə qızını 200 dollara satmaqda suçlanaraq tutulub.
Dünən isə bəlli olub ki, Səhar aylarla zirzəmidə saxlanandan sonra üç həftə ayaqyolunda "yaşamağa" məcbur qalıb.
Bu zaman da onu döyüblər, saçlarını yolaraq yandırıblar, sonra isə əllərindəki bütün dırnaqları dartıb çıxarıblar.




Baxanlar: 961 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 102
    İstifadəçilər: 1
    Qonaqlar: 99
    Axtarış robotları: 2

    İstifadəçilər:
    taleh86

    Axtarış robotları:
    YandexGooglebot


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}