lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

İritutumlu avtobus Bakının dar küçəsində necə "ilişdi"? - FOTO

Bakı şəhərinə gətirilmiş yeni iritutumlu avtobusların müsbət cəhətləri kimi, mənfi tərəfi də özünü göstərir.
Lux.Az-ın məlumatına görə, iritutumlu avtobusların böyüklüyü onların daxilində rahatlıq və təhlükəsizlik yaratsa da, texniki problemləri ortaya çıxır, Bakının dar küçələrində hərəkət edə bilmirlər.

İritutumlu avtobusların qabaritləri böyük olduğundan onların manevr qabiliyyəti dar küçələrdə məhdudlaşır. Nəticədə şəhər yollarındakı tıxac, vəziyyəti bir qədər də qəlizləşir. Dar küçələrdə hərəkət edən iritutumlu avtobuslar bəzən yollarda hərəkəti mümkünsüz edir. Belə acınacaqlı vəziyyət Səbail rayonu ərazisində yaranır. Belə ki, 65 saylı marşrutla hərəkət edən avtobus hər dəfə Murtuza Muxtarov küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsində “ilişir”. Küçənin hər iki tərəfində nəqliyyat vasitələrinin saxlanılması vəziyyəti çıxılmaz edir. Hər avtobus həmin küçədən keçərkən manevr edə bilmədiyindən bir neçə dəqiqə yolda ləngiməli olur, bu isə tıxac yaradır.

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov  açıqlamasında bildirdi ki, yolun sağ və sol hissəsində avtomobillərin saxlanılması iritutumlu avtobusların hərəkətinə çətinlik yaradır. Bu isə sıxlıq və tıxacın yaranması ilə nəticələnir. Bu məsələnin bütövlükdə həllinin tapılması üçün əlaqədar qurumlar kompleks tədbirlər görməlidir.

Bölmə rəisinin sözlərinə görə, avtmobillərin dayanıb-durması "Yol Hərəkəti Haqqında Qanunu"nun 52-ci, avtomobillərin parklanması isə 53-cü maddəsinin tələbinə uyğun tənzimlənir. Əgər sürücülər bu tələbləri pozarsa, yol polisi həmin sürücüləri cərimə edə bilər:

"Avtomobillərin yol kənarında saxlanılması üçün yol nişanları olmalıdır. Əgər yoxdursa, sağ çiyni ilə səki arasında xətt olur ki, buna diqqət yetirmək lazımdır. Yolların kəsişmə hissəsində isə avtomobillər ən azı 15 metr məsafə ilə dayandırılmaldır. Piyadalar üçün nəzərdə tutulmuş səkilərdə isə avtomobillər qətiyyən dayandırıla bilməz. Nəqliyyat Nazirliyinin əməkdaşları da avtobusların dar küçələrdən keçməməsi üçün fəal xidmət aparırlar. Yol polisi isə sürücülərin və hərəkət iştirakçılarının nizam-intizama gətirilməsi, eyni zamanda onların təhlükəsizliyinin təmini üçün funksional vəzifəsini həyata keçirir".

“Bakısərnişinnəqliyyat” Departamentindən  bildirildi ki, 65 saylı avtobuslar M.Muxtarov küçəsindən İstiqlaliyyət küçəsinə çıxmaqla marşrutu pozur. Çünki 65 saylı xətt avtobusu M.Muftarov küçəsindən Əhməd Cavad küçəsinə dönməklə M.F.Axundov parkına doğru hərəkət etməlidir. Bundan sonra isə oradan Lermontov-Şeyx Şamil küçələrindən  keçməklə İstiqlaliyyət küçəsinə çıxmalıdır.




Baxanlar: 350 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 98
    İstifadəçilər: 1
    Qonaqlar: 95
    Axtarış robotları: 2

    İstifadəçilər:
    taleh86

    Axtarış robotları:
    GooglebotYandex


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}