
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsini zəruri edən əsaslar var.
Lux.Az-ın məlumatına görə, vəsiqənin etibarlılıq müddətinin qurtarması, sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi, onun yazılarında dəqiqsizlik müəyyən edilməsi, yararsız hala düşməsi, itirilməsi sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün vacib şərtlərdəndir.Ölkə qanunvericiliyində eynəkdən istifadə edən gözü qüsurlu şəxslərin sürücülük vəsiqəsinə eynəklə şəkil çəkdirməsi mütləqdir. Ancaq əməliyyatdan sonra həmin şəxs eynəkdən azad olunursa, onun sürücülük vəsiqəsini dəyişdirməsinə əsas varmı?
Bakı Şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirdi ki, sürücü eynəkdən azad olunursa, onun sürücülük vəsiqəsində də şəkli eynəksiz olmalıdır. Bölmə rəsinin sözlərinə görə, eynəkdən azad olunmuş sürücü, dərhal tibbi müayinədən keçməli və tibbi arayışı sürücülük vəsiqəsini aldığı imtahan qeydiyyat şöbəsinə təqdim edib, müvafiq dəyişikliyi etməlidir.
V.Əsədov deyir ki, müvafiq dəyişiklik üçün sürücü ciddi xərcə düşmür. Sadəcə, sürücülük vəsiqəsini dəyişdirməsi ilə əlaqədar qanunvericilkdə nəzərdə tutulan rüsumu ödəməlidir.
Yol polis rəsmisi əlavə etdi ki, sürücü eynəkli şəkli olan sürücülük vəsiqəsi ilə avtomobil idarə edirsə, yol polis əməkdaşı tərəfindən mütləq cəzalandırılacaq. Cərimənin məbləği isə onu tətbiq edən səlahiyyətli şəxsin çıxardığı qərardan asılıdır.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini