
Lux.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Şeyk Almaniyanın "Lascana" qadın alt paltarı istehsalçısının yeni kolleksiyasının reklam simasıdır.
Bununla yanaşı, İrina GQ jurnalına müsahibə də verib. Onun dediyinə görə, dükan-bazara Kriştiano ilə birlikdə yollanmağı sevmir.
"Mənimlə dükanları gəzməyin! Tək alış-verişi sevirəm. Çünki dükanlarda çox vaxt keçirirəm və kiminsə məni tələsdirməsini sevmirəm. Vintaj dükanları xoşlayıram. Londonda isə "Selfridges" univermağını sevirəm", - İrina deyib.
Onun sözlərinə görə, cazibədar görkəminə rəğmən, kişilər ondan çəkinirlər.
"Kişilər həmişə işlə bağlı olduğum üçün mənə yaxın gəlməməyə çalışırlar. Real insan, küçə ilə addımlayan normal qadınam. Ağıllı və savadlı, normal söhbət etməyi bacaran kişiləri sevirəm. Ümumiyyətlə isə, kişilər məndən qorxurlar", - Şeyk söyləyib.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini