
Yaxın günlərdə əsaslı təmir olunan keçmiş “Məşədi Əzizbəyov” metro stansiyası yeni adla fəaliyyətə başlayacaq.
Lux.Az xəbər portalının məlumatına görə, yaxın günlərdə istifadəyə veriləcək stansiyanın yeni adı “Koroğlu” olacaq. Təmir işləri başa çatan stansiyanın divarında “Məşədi Əzizbəyov” adını “Koroğlu” əvəzləyib.Bakı Metropoliteninin mətbuat xidmətindən Lux.Az xəbər portalına stansiyanın yeni adla fəaliyyətə başlayacağını təsdiqləsələr də, açılışın nə vaxt olacağı barədə məlumat verilmir.
Qeyd edək ki, stansiyanın içərisində aparılan yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavanın hündürlüyü 6 metr 45 sm-ə çatdırılıb, həmçinin yeni giriş və çıxışlar tikilib. Stansiyanın platformasına qranit daşlar döşənib, işıq sistemi quraşdırılıb, divarlar və sütunlar təzələnib. Metronun şüşəli vestibülü də tam quraşdırılıb.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini