
"Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, "Eurovision" müsabiqəsinin konsepsiyası hər il ev sahibi olan ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır.
Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol "Eurovision" mahnı müsabiqəsinin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də "Eurovision" layihəsinin mahiyyətinə uyğun seçilməlidir.
Şüarın və vizual elementin iştirakçılarda və televiziya tamaşaçılarında müsbət emosiya yaratması da vacibdir.
Bütün bu prinsiplərin əsasında hazırlanan "Eurovision 2012" mahnı müsabiqəsinin şüar və simvolu Azərbaycana məxsus dəyərləri özündə əks etdirir.
Hazırda şüar və simvol üzərində son dizayn işləri aparılır və yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunacaq.
"Eurovision - 2012" mahnı müsabiqəsinin yarımfinalı gələn il mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini