lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

İran Urmiya gölü ilə bağlı Azərbaycanla müzakirələrə başlayıb

Urmiya gölünə Araz çayından suyun axıdılması ilə bağlı Azərbaycanla ilkin müzakirələr aparılıb və bu məsələ ilə bağlı lazımi lisenziyalar alınmalıdır.
Bunu İranın energetika nazirinin su məsələləri və çaylar üzrə müavini Məhəmmədrza Əttarzadə deyib. Trend-in məlumatına görə, xəbəri İranın MEHR agentliyi yayıb.

Əttarzadə müzakirələrin harada və nə vaxt keçirildiyini açıqlamayıb.

Onun sözlərinə görə, hazırda Urmiya gölünün suyunun səviyyəsi 3 sm artıb, buna baxmayaraq, gölün qurumasının qarşısını almaq üçün lazimi tədbirlər görmək lazımdır.

Əttarzadə əlavə edib ki, son iki ayda Urmiya gölünün vəziyyəti yaxşılaşmağa başlayıb.

Nazir müavininin sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısını almaq üçün müxtəlif işlər görülür, o cümlədən gölün ətrafında bəndlərin tikintisi dayandırılıb və Araz çayının suyunun gölə axıdılması ilə bağlı müzakirələr aparılır.

Bundan öncə İranın energetika naziri Məcid Namcu demişdi ki, İran Urmiya gölünə suyun axıdılmasında Araz çayından öz payına düşən hissədən istifadə edəcək.

"Araz çayı transsərhəd çaydır və imzalanmış müqaviləyə əsasın, bu çayın 50 faizi İranın, 50 faizi isə Azərbaycanın payına düşür. Hər bir ölkənin xüsusi payı müəyən edilib. İran Araz çayından Urmiya gölünə suyu öz xüsusi payından axıtmaq niyyətindədir", - Namcu demişdi.

Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirmişdi ki, İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki, kifayət deyil.

İran Prezidenti və hökumət nümayəndələrinin ötən il Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.


File engine/modules/thanks.php not found.
Baxanlar: 165 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 65
    İstifadəçilər: 1
    Qonaqlar: 62
    Axtarış robotları: 2

    İstifadəçilər:
    kamenop

    Axtarış robotları:
    GooglebotYandex


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}