Qeydiyyat    Giriş
Giriş
» » "YouTube" 3D videoların nümayişinə başladı

"YouTube" 3D videoların nümayişinə başladı

Bölmə: Xəbərlər

Hələlik bu sistemdən məhdud sayda istifadəçilər yararlana bilər.
Lux.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, internetin ən iri videohostinq servisi "YouTube"da "Nvidia" və "Mozilla"nın dəstəyi ilə üçölçülü (3D) videoların nümayişinə başlanıb. Belə videolara baxmaq üçün istifadəçinin xüsusi avadanlığı olmalıdır.

Hazırda "YouTube"un yeniliyindən servisin yalnız 1 milyon istifadəçisi yararlana bilər. Ekspertlər  hesab edirlər ki, videohostinq servisinin təşəbbüsü ilk əvvəl kinoteatrlarla assosiasiyalar yaradır.

"YouTube"nin sahibi "Google" korporasiyası bəyan edib ki, videohostinq servisindəki videolar tamamən 3D formatdadır. Onları HDMİ və ya DLNA portları vasitəsilə genişformatlı televizorlara da çıxarmaq olar.

ZD rejimdə nümayiş üçün bütün videoçarxlar "Firefox 4" brauzerinin bazasında olacaq və "Nvidia 3D Vision" sistemini dəstəkləyəcək.


Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
©