Qeydiyyat    Giriş
Giriş
» » ''Iphone 4'' telefonlarının qiyməti açıqlandı

''Iphone 4'' telefonlarının qiyməti açıqlandı

Bölmə: Mobil
Yeni "Apple iPhone 4" smartfonunun 32 gigabaytlıq modeli ABŞ-da 299 dollara satılacaq. Bu məlumatı korporasiyanın rəhbəri Stiv Cobs verib. Qurğunun 16 gigabaytlıq versiyasının qiyməti 199 dollar olacaq. 8 gigabaytlıq iPhone 3GS isə 99 dollara satılacaq.

Yeni "iPhone" telefonları satışa iyunun 24-də çıxacaq. Onlar ilk növbətə ABŞ, eləcə də Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya mağazalarında satılacaqlar. Satışın başlanmasına üç gün qalmış-iyunun 21-də iPhone üçün iOS 4.0. əməliyyat sisteminin yenilənməsi elan ediləcək.

İyulun sonlarınadək "iPhone" 4 daha 18 ölkədə, o cümlədən, Avstraliya, Kanada, Finlandiya,Ö İtaliya, İspaniya və İsveçrədə satışa çıxacaq. Sentyabrın sonlarında isə dünyanın 88 ölkəsində yeni "iPhone" satılacaq. Telefonun MDB ölkələrində, eləcə də Azərbaycanda satılıb-satılmayacağı və ya qiymətinin neçəyə olacağı hələlik məlum deyil.

"Apple iPhone" 4 smartfonu 3,5 dyümlük 960x640 piksel ölçülü displeyə malikdir. Onda 6 meqapiksellik və işıq diodlu kamera quraşdırılıb.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©