Qeydiyyat    Giriş
Giriş
Konfutsi
Əziz oxucular!
Yaxin günlərdə filosof Müşfiq Ötgünün yeni kitabı "Tanımadığımız Konfutsi” kitabı "Hüquq Yayın Evi” nəşriyyatında çapdan çıxacaqdır.
Kitabda Konfutsiyə aid olunan qədim mətnlər ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə olunmuş və onların üzərindən qədim Çin filosofunun fəlsəfəsi açılmışdır.  Kitab "Konfutsi kim idi?”, "Onun təlimi nəyi öyrədirdi?”, "Konfutsinin dövlət idarəçiliyinə, məmur etikasına və ümumiyyətlə insanın mənəvi yüksəlişinə baxışları necə idi?”, "Bu günkü azərbaycanlılar Konfutsidən nə götürə bilərlər?” bu kimi suallara cavablandırmağa çalışır.
Tezliklə şəhərin kitab mağasalarından soruşun.

Müəllif barədə: Müşfiq Ötgün (Müşfiq Yarəhməd oğlu Şükürov) 1968-ci ildə anadan olmuşdur. Fəlsədə üzrə fəlsəfə doktoru, dosentdir. AMEA Fəlsəfə İnstitutunun "Etika” şöbəsinin aparıcı elmi işçisidir. Şərq fəlsəfəsi üzrə ixtisaslaşmışdır.  "Siyasi idrak və yeni mənəvi imperativ” (2004) monoqrafiyasının müəllifi, Xəlil Cübranın "Peyğəmbər” əsərinin  (2009), Buddanın "Dhammapada”sının (2013) tərcüməçisidir.

Çap etmək
>
©