Qeydiyyat    Giriş
Giriş
» » Peyğəmbərin məzarının yerləşdiyi məscid sökülür

Peyğəmbərin məzarının yerləşdiyi məscid sökülür

Bölmə: İslam / Xəbərlər

Peyğəmbərin məzarının yerləşdiyi məscid sökülür

Məhəmməd peyğəmbərin də məzarının olduğu Məscid-i Nəbəvi söküləcək, yerində 6 milyard dollarlıq yeni bir məscid tikiləcək. Lux.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Məhəmməd peyğəmbər və əshabələri tərəfindən inşa olunan, Peyğəmbər Məscidi kimi də tanınan Məscid-i Nəbəvi Məkkədəki Məscid-i Haramdan sonra islam aləmində ikinci ən müqəddəs məsciddir. Bu məsciddə Məhəmməd peyğəmbərlə bərabər imam Əbu Bəkir və imam Ömərin də məzarları var. Məscid-i Nəbəvinin yerində tikiləcək yeni məscid 1,6 milyon insan tutumu ilə dünyanın ən böyük binası olacaq. Səudiyyə Ərəbistanının kral ailəsi müqəddəs məkanın genişləndirilməsinə ehtiyac olduğunu bəyan edərək bu layihəni dəstəkləyir. Lakin inşaat işləri zamanı məzarların necə mühafizə olunacağı, məscidin ətrafında yerləşən 7-ci əsrə aid tiklilərə hansı zərərin dəyəcəyi açıqlanmır. 

Mədinədə otel sektorunda çalışan iş adamları da bu layihədən faydalanmaq üçün hərəkətə keçiblər. Mədinənin islam irsinin yerləşən bu bölgəsində artıq çoxmərtəbəli binaların, otellərin, ticarət mərkəzlərinin tikintisi başlanıb. Bu məkanda oteldə bir gecə qalmaq 500 dollara başa gəlir. İslam İrsini Araşdırma Dərnəyinin rəhbəri, professor İrfan əl-Ələvi deyib ki, Mədinədə həyata keçiriləcək layihədə məqsəd zəngin hacılardan daha çox pul qazanmaqdır, həcc ziyarəti yoxsulların gedə bilməyəcəyi qədər baha olacaq.
Qeyd edək ki, Məscid-i Nəbəvini sökmək məsələsi ilk dəfə 1926-cı ildə gündəmə gəlib. AKP millət vəkili, professor Nevzat Yalçıntaş deyib ki, həmin vaxt Səudiyyə Ərəbistanı ölkədəki bütün məzarları dağıtmağa başlayıbmış. Atatürk sıranın Məhəmməd peyğəmbərin qəbrinə çatdığını öyrənəndə Səudiyyə Ərəbistanına bir məktub göndərib və Məscid-i Nəbəvidə bir məzara belə toxunularsa, Türkiyə ordusunu bu ölkəyə yeridəcəyini yazıb. Bundan sonra Məhəmməd peyğəmbərin qəbrinə toxunulmayıb.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©