Qeydiyyat    Giriş
Giriş
» » Bakıda ruhlar dolaşan evi necə satmaq olar?

Bakıda ruhlar dolaşan evi necə satmaq olar?

Bölmə: Maraqlı / Xəbərlər

Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş satdığı ev haqqında bütün informasiyanı alıcıya verməlidir.

Lazım gələrsə, evdə ruhların, xəyalətlərin olması barədə də məlumat verməlidir. Lux.az xəbər verir ki, bu barədə "Эхо" qəzetinə MBA Consulting şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. 

"Azərbaycanda ev alqı-satqısı zamanı çox vaxt evdəki paranormal hallar gizlədilir. Çünki insanlar ruhlardan qorxurlar. İnsanlar bu cür obyektlərdən yan keçməyə çalışırlar. Bu səbəbdən satıcı bilirsə ki, evində ruhlar var, o heç vaxt bu sirri alıcıya açmır. Bütün gücü ilə bu sirri qorumağa çalışır. Mən belə hadisələr barədə eşitmişəm", - o əlavə edib. 

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hesab edir ki, satıcı bu sirri alıcıya açmalıdır. 

"Lakin təcrübədə bu baş vermir. Xarici ölkələrdə belə evlərə turistləri aparırlar. Bizim ölkədə isə insanlar ruhlardan qorxurlar", - o qeyd edib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi mərkəzə tez-tez qadınlar belə problemlərlə müraciət edirlər. 

"Qadınlar qara qüvvələrlə rastlaşmaq qorxusundan gecələr yatmırlar. Qadınlar öz sözlərinə "Danışsam, inanmayacaqsınız, məni dəli hesab edəcəksiniz" sözləri ilə başlayırlar. Bu cür hadisələr adətən həyət evlərində baş verir", - o qeyd edib. 

Ekstrasens Qalina Bağırova hesab edir ki, satıcı evdə ruhların yaşaması barədə məlumat verməməlidir. 

"Əgər insan içində ruhlar yaşayan evi satırsa, bu barədə evin gələcək sahibinə xəbər verməməlidir. Çünki hər insanın psixikası bunu qəbul edə bilmir və bu cür xəbərlərdən zərər çəkə bilər. Hər adam evdəki ruhlar haqqında informasiyaya hazır deyil. Hər şeydən əlavə, ruhlar hər adamın gözünə görünmür. Bəzi ölkələrdə isə ruhlar olan evləri alırlar ki, paranormal tədqiqatlar aparsınlar", - o əlavə edib. 

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©