Qeydiyyat    Giriş
Giriş
» » Bu gün də yaşamağa dəyər...

Bu gün də yaşamağa dəyər...

Bölmə: Maraqlı

Bu gün də yaşamağa dəyər...

 

 

Hələ yaşamağa dəyər.

Ey insan! Dan yerinin söküldüyünü son dəfə nə vaxt görmüsən?

İlıq şəfəqlərin vücuduna yayıldığını son dəfə nə vaxt hiss etmisən?

Əslində biz hər günün qeyri-adi bir gün olduğunu dərk etmədən, laqeyidcəsinə keçib gedirik bu həyatdan. Halbuki insan başdan-başa həyatdır və həyatda yerini doldurmaq mümkün olmayan yeganəşey ölümdür. Hər şeyə çarə tapmaq olar.

Ancaq nə qədər vaxta kimi üzümüzdən bulud əskik olmayacaq?
Nə vaxta qədər özümüzə vaxt ayıra bilməyəcəyik?

Nə vaxta qədər sevdiyimiz gülü başqasından gözləyəcəyik?

Nə üçün o gülü özümüz almayaq?

Nə üçün acizliyimizə son qoyub, təbiətin oyanışına şahid olmayaq?

Ey insan! Unutma ki, bu həyatı gözəlləşdirən də, çirkinləşdirən də sənsən.

Bunun üçün başqalarını günahlandırma. Hər səhər ciyərlərinə “bir qucaq təbəssüm” doldur və bütün günü ətrafına təbəssüm saç. Həyata səssiz gəlib, səssiz getmə.

 

 

Unutma ki, necə yaşamaq sənin əlindədir. Nə olursa olsun, tanıdın və ya tanımadın, heç kimdən təbəssümünü əsirgəmə...

Bəli bu gün qeyri – adi bir gündür və bu gün də yaşamağa dəyər.!

 


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©