Qeydiyyat    Giriş
Giriş

Nə vaxtsa!!!

Bölmə: Maraqlı / Sevgi / Xəbərlər

Nə vaxtsa!!!

 

 

Nə vaxtsa... mən Aya baxdığımda səni xatırlamayacağam ...

Nə vaxtsa... sənin haqqında danışılarkən üzümdə hər kəsdən gizlətdiyim təbəssüm yaranmayacaq ...

Nə vaxtsa...adın mənə səni xatırlatmayacaq ...

Nə vaxtsa... həyatıma başqa biri daxil olacaq ...

Nə vaxtsa... sənin üçün yox, başqa biri üçün Allaha dua edib, onu qorumasını, yaxşı olmasını diləyəcəyəm ...

Nə vaxtsa... başqa biri tərəfindən sevildiyimə əmin olacağam ...

Nə vaxtsa... mən başqa birinin əlindən tutaraq küçədə gəzəcəyəm ...

Nə vaxtsa... başqa biri həyatımı dəyişəcək ...

 

Və bu başqa birinin sevgisi ilə ürəyim döyünəcək ...

Nə vaxtsa... başqa birinin mənə sevgi dolu hər baxışından qəlbim titrəyəcək, gözlərim güləcək ...

Nə vaxtsa... mən onun zəngini, mesajını, onun gözlərini səninkindən daha çox gözləyəcəyəm ...


Nə vaxtsa... səhər yuxudan oyandığımda onun həyatımda olmasını, məni çox sevməsini bilib, bundan zövq alacağam ...

Mən onu düşünəcəyəm və onun səninə mahnılar oxuyacağam ...

Nə vaxtsa... o həyatımda olduğu üçün Allaha şükr edəcəyəm ...

Nə vaxtsa... başqa birini səndən daha çox sevəcəyəm ...


Nə vaxtsa... başqa biri ilə çoooox xoşbəxt olacağam ...

Nə vaxtsa...


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©