Qeydiyyat    Giriş
Giriş
» » Bu da dünya çempionatının himni (VİDEO)

Bu da dünya çempionatının himni (VİDEO)

Bölmə: İdman / Video / Xəbərlər

Bu da dünya çempionatının himni (VİDEO)

JLO və Pitbul "We Are One (Ole Ola)" mahnısına klip çəkdiriblər

Amerikalı ulduzlar Cenifer Lopez və Pitbull "We Are One (Ole Ola)" mahnısına klip çəkdiriblər. 

Mahnı bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının himni seçilib. Rep ifaçısı bildirib ki, mahnı 2013-cü ilin sonlarında yazılıb, o vaxt "FİFA 2014"ün təşkilatçıları ona üz tutaraq JLO ilə ifa edəcəyi treki yazmağını istəyiblər: "Təklif mənə gələndə uşaq kimi sevinirdim, bu mənim üçün şərəfdən də ötəri bir hissdir, Cenifer ilə yenidən ifa etmək şansı qazandım. Ümüd edirəm ki, "We Are One" futbol pərəstişkarlarını bir araya gətirməklə yanaşı Şakiranın ifa etdiyi "Waka Waka"-nı da üstələyəcək".

Cenifer Lopez isə klipin çəkilmə xəbərini sevinərək pərəstişkarlarına çatdırıb. Klipdə olduqca rəngarəng görüntülər yer alıb. Futbol üzrə dünya çempionlatlarından seçmə kadrlar da ekran əsərinə xüsusilik verib. 

Qeyd edək ki, futbol üzrə dünya çempionatı Braziliyada keçiriləcək, iyun ayının 12 - dən iyul ayının 13-ə qədər davam edəcək.
anspress

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©