LUX.AZ > Özəl / Xəbərlər > Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək

Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək


13-03-2011, 22:54. Yazar: Admin

Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək. Martın 14-dən isə İctimai Televiziyada mahnıya çəkilən ilk video çarx yayımlanacaq

Azərbaycan "Eurovision 2011" Mahnı Müsabiqəsində "Running Scared" mahnısı ilə təmsil olunacaq. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunmuşdu.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib. Ismayıl Ömərov 70 mahnı arasından seçim etmək doğrudan da çətin idi. Amma biz seçimimizdən razıyıq və bu mahnı Azərbaycanı "Eurovision-2011"-də təmsil edəcək duetə çox uyğundur. Uğurlu seçimə, çəkdikləri zəhmətə görə münsiflər heyətinə təşəkkür edirəm deyib.
Eldar və Nigar Camal dueti "Running Scared" mahnısını mayın 10-da, Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsində ifa edəcək. Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək.
Mənim fikrimcə "Running Scared" mahnısı bizim səhnə stilimiz, səsimiz və ruhumuzla çox həmahəngdir. "Eurovision" auditoriyasının bu mahnını sevəcəyinə ümid edirik-deyə Eldar bildirib. Nikki isə Bu, dərin mənalı, təsirli və gözəl mahnıdır. Bu bəstəni mənim kiçik qızlarım da çox bəyənir deyib.
Running Scared mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.
"Running Scared" mahnısının müəllifləri İsveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. Bu müəlliflər Eurovision-2010da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi "Drip Drop" mahnısını bəstələmişdilər.
Xatırladaq ki, "Eurovision-2011" Milli Seçim turunda 7 həftə ərzində 77 iştirakçı arasından 5 nəfər finala vəsiqə qazanmışdı. Fevralın 11-də keçirilən Milli Finalda isə Ell/Nikki dueti qalib seçilib.
Martın 14-də İctimai Televiziyanın efirində Azərbaycanın "Eurovision-2011"-dəki təmsilçilərinin ifa etdiyi Running Scared mahnısının ilk video çarxı təqdim olunacaq. Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.


MAHNINI YÜKLƏ / DOWNLOAD MUSIC

Geriyə qayıt