Qeydiyyat    Giriş
Giriş
» » “Eurovision-2012” üçün fantastik layihə hazırlanıb - EKSKLÜZİV

“Eurovision-2012” üçün fantastik layihə hazırlanıb - EKSKLÜZİV

Bölmə: Özəl / Xəbərlər

Bakıdakı “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi qurğunun tikintisi üçün bir neçə layihə hazırlanıb. 
Bu barədə Lux.az-a həmin layihələrdən birini görən məlumatlı mənbə bildirib. 

Onun sözlərinə görə, layihələri ABŞ, İngiltərə və İsveçrənin məşhur şirkətləri “Eurovision-2012”nin təşkilat komitəsinə təqdim edib: “Mən onlardan birini görmüşəm. Bu, həqiqətən də fantastik layihədir. Onu təsvir etmək sadəcə, mümkün deyil”. 

Mənbə bildirib ki, layihələrdən hansının tikintisini daha tez müddətdə həyata keçirmək mümkün olsa, həmin qurğu Dövlət Bayraq Meydanı yaxınlığında inşa olunacaq. Amma alternativ variant kimi Tofiq Bəhramov adına Respublika stadionunda rekonstruksiyanın aparılması da aktuallığını qoruyur. 

Qeyd edək ki, “Eurovision-2012” gələn il mayın 22-də ilk yarımfinal mərhələsi ilə start götürəcək. İkinci yarımfinal mayın 24-də, final isə mayın 26-da olacaq. 


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©