Qeydiyyat    Giriş
Giriş
» » Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək

Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək

Bölmə: Özəl / Xəbərlər

Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək. Martın 14-dən isə İctimai Televiziyada mahnıya çəkilən ilk video çarx yayımlanacaq

Azərbaycan "Eurovision 2011" Mahnı Müsabiqəsində "Running Scared" mahnısı ilə təmsil olunacaq. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunmuşdu.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib. Ismayıl Ömərov 70 mahnı arasından seçim etmək doğrudan da çətin idi. Amma biz seçimimizdən razıyıq və bu mahnı Azərbaycanı "Eurovision-2011"-də təmsil edəcək duetə çox uyğundur. Uğurlu seçimə, çəkdikləri zəhmətə görə münsiflər heyətinə təşəkkür edirəm deyib.
Eldar və Nigar Camal dueti "Running Scared" mahnısını mayın 10-da, Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsində ifa edəcək. Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək.
Mənim fikrimcə "Running Scared" mahnısı bizim səhnə stilimiz, səsimiz və ruhumuzla çox həmahəngdir. "Eurovision" auditoriyasının bu mahnını sevəcəyinə ümid edirik-deyə Eldar bildirib. Nikki isə Bu, dərin mənalı, təsirli və gözəl mahnıdır. Bu bəstəni mənim kiçik qızlarım da çox bəyənir deyib.
Running Scared mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.
"Running Scared" mahnısının müəllifləri İsveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. Bu müəlliflər Eurovision-2010da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi "Drip Drop" mahnısını bəstələmişdilər.
Xatırladaq ki, "Eurovision-2011" Milli Seçim turunda 7 həftə ərzində 77 iştirakçı arasından 5 nəfər finala vəsiqə qazanmışdı. Fevralın 11-də keçirilən Milli Finalda isə Ell/Nikki dueti qalib seçilib.
Martın 14-də İctimai Televiziyanın efirində Azərbaycanın "Eurovision-2011"-dəki təmsilçilərinin ifa etdiyi Running Scared mahnısının ilk video çarxı təqdim olunacaq. Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
ŞƏRHLƏR (6)
İstfidəçi offline-dır Admin 14 mart 2011 20:18
Mence klip biraz zeif alinib
          1
İstfidəçi offline-dır Dagestanka18 14 mart 2011 20:37
inshAllah birincilik bizim olar Amin!
--------------------
          2
İstfidəçi offline-dır PATRIOTKA 15 mart 2011 11:44
ADI BIR mahnidi mence en guclu mahni Elnurla Samirin ifa etdiyi musiqi parcasiydi lakin deyerlendirilmedi

mence yuksek yer tutmayaciq.Goher xanima yazdirardilar cox gozel bestekardi
          3
İstfidəçi offline-dır leman... 15 mart 2011 12:23
her weyi ile fulldur fisooo! tongue
          4
İstfidəçi offline-dır Decelqiz 28 mart 2011 04:20
mahni hec qeseg deyil amma insallah 1ciyi kapariz
          5
İstfidəçi offline-dır NaNNi 28 mart 2011 15:30
Iwallah birinci olariq winked
          6
>
©