Qeydiyyat    Giriş
Giriş
» » Maşınların qiyməti qalxır

Maşınların qiyməti qalxır

Bölmə: Avto / Xəbərlər

Satıcılar və alıcılar maşın bazarındakı qiymətlərdə artım olduğunu deyir

Qızlın qiymətinin artması və neftin ucuzlaşmasının  maşın bazarına da təsirsiz ötüşmədiyini bildirirlər. 
Satıcı: Bəli bir az artma var, qiymətlər artır. Get-gedə artır. Qızılın qiymətinin artmağı ilə əlaqədar elə bil maşınlara da təsir edir. 

Satıcı: Maşınların qiymətində artım var, camaat da alır. 

Alıcı: Bahadır. Sovet maşını almaq istəyirik, bahadır. Əvvəlkindən çox bahalaşıb maşınların qiyməti.
Alıcıların hansı maşınlara üstünlük verdiyinə gəlincə, onların əsasən xarici maşınlara maraq göstərdiklərini bilidirirlər. Bunu xarici maşınların kreditlə daha asan başa gəlməsi və rahat olması ilə əlaqələndirirlər.

Satıcı: Köhnə maşın banka girmədiyinə görə, təzə maşın bəri başı ucuzdur, bəri başı kreditdən ucuz maşın götürür. Çünki köhnə maşını banka uje götürmürlər.
Satıcı: Alıcılar əsasən xarici maşınlara üstünlük verirlər. Müasir dövrdə hamı istəyir yaxşı maşın sürsün.
Alıcı: Yox əlbəttə xarici maşınlara. Xarici maşınlara üstünlük veririk. Hər təhlükəsizliyini təmin edir xarici maşınlar.
Sovet maşınlarının çox satıldığını deyənlər də var. Onlar bunu insanların büdcəsi ilə əlaqələndirirlər.


Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
©