Qeydiyyat    Giriş
Giriş
» » Bakıda “Volkswagen Passat” cəmi 3700 manata satışa çıxarılır

Bakıda “Volkswagen Passat” cəmi 3700 manata satışa çıxarılır

Bölmə: Avto / Xəbərlər

Bakıda “Volkswagen Passat” cəmi 3700 manata satışa çıxarılır

Bakıda "Volkswagen Passat” cəmi 3700 manata satışa çıxarılır

Növbəti hərraclar fevralın 16-sı və martın 1-də təşkil ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 16-sı və martın 1-də növbəti avtomobil hərracı təşkil edəcək.

Məlumata görə, fevralın 16-sı və martın 1-də hərraca ümumilikdə 10 avtomobil çıxarılacaq.

Belə ki, fevralın 16-da 2005-ci il istehsalı olan "Volkswagen Passat” start qiyməti 3783 manata, 2007-ci il istehsalı olan 3 ədəd "Nissan Maxima” isə 3725 manata, 2006-cı il istehsalı olan "KİA Magentis-Optima” isə 3584 manata hərraca çıxarılacaq.

Bundan başqa, martın 1-də isə 1996-cı il istehsalı olan "UAZ-31514” (start qiyməti 922 manata), 2 ədəd 2002-ci il istehsalı olan "RİDA-2976” (4061 və 4081 manata), 1998-ci il istehsalı olan "Volkswagen Passat” (2500 manata), 2007-ci il istehsalı olan "Chevrolet Niva” isə (3410 manata) alıcılara təklif olunacaq.

Qeyd edək ki, 1998-ci il istehsalı olan "Volkswagen Passat”, 1996-cı il istehsalı olan "UAZ-31514”in artıq 2-ci dəfədir alıcısı tapılmır.

O da qeyd olunub ki, fevralın 16-da təşkil ediləcək hərracda 2005-ci il istehsalı olan "Volkswagen Passat”, 2006-cı il istehsalı olan "KİA Magentis-Optima” 5-ci dəfə 50% endirimlə təkrar hərrac çıxarılır.

Məlumat üçün bildirək ki, hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. (Zeynal Xəlil küçəsi 11a).

Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Onu da əlavə edək ki, Bakının avtomobil bazarında 2005-ci il istehsalı olan "Volkswagen Passat” 6200 dollara və ya 9882 manata, 1998-ci il istehsalı olan eyni markalı avtomobil isə 2196 dollara və ya 3500 manata satılır.
oxu.az

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©