Qeydiyyat    Giriş
Giriş
» » Toyu yasa çevirən Bakı “avtoş”larından - ŞOK VİDEO

Toyu yasa çevirən Bakı “avtoş”larından - ŞOK VİDEO

Bölmə: Avto / Video / Xəbərlər

Toyu yasa çevirən Bakı “avtoş”larından - ŞOK VİDEO

Toyu yasa çevirən Bakı "avtoş”larından - ŞOK VİDEO

"Qəhrəmanlar” təhlükəli manevrlərlə ölümlə "rəqs edirlər”.

Bu kadrlar Yasamal rayonunda, "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim” şadlıq evinin qarşısında çəkilib. Özü də "avtoş”luq edənlər (daha doğrusu, toyu yasa çevirməyə çalışanlar) toya gələn gənclərdir.

LUX.AZ xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, bu video Youtube sosial şəbəkəsinə Babək Əliyev adlı şəxs tərəfindən bu il yerləşdirilib. Kadrlardan görünür ki, bəy-gəlin maşını şadlıq evinə yenicə çatıb. 

Onları müşayiət edən ağ və qara rəngli "VAZ-2107” markalı avtomobillər yolda təhlükəli vəziyyət yaradırlar. 

Onsuz da şadlıq evinin qarşısındakı maşınların əlindən yol daralıb. Bu avtoxuliqanların hərəkətləri isə yolu daha da pis vəziyyətə salır. Öz yolu ilə gedən avtomobillər bu iki üzqarasına görə təhlükəli vəziyyətlə – qəza şəraiti ilə üzləşirlər. Onların "qəhrəmanlığı” nəticəsində ətrafdakı insanlar narahat olurlar, sonra hamı "tamaşaya” baxmağa başlayır. Bundan həvəslənən "avtoşlar” yolun əksinə hərəkət edərək daha təhlükəli manevrlərlə ölümlə rəqs edirlər.

Görəsən, bunlar anlamırlarmı ki, toy günü bədbəxtçilik baş verə bilər və toyu yasa döndərə bilərlər? Maraqlıdır ki, "07”lərin bu hərəkətləri ətrafdakı "avtoş”ları da həvəsləndirir və az sonra ağ rəngli "KİA” markalı avtomobil də onlara qoşulmağa çalışır. Lakin artıq şou başa çatmışdı.

Bu kadrlar həvəskar operator tərəfindən çəkilib və biraz uzaqdan lentə alındığı üçün avtomobillərdən yalnız bəy-gəlin maşınının və ağ rəngli "07”nin dövlət nömrə nişanlarını görmək mümkündür. Bəy-gəlin maşınının nömrəsi 90 NG 584, ağ rəngli "07”nin nömrəsi isə 10 KK 069-dur. 

İnanırıq ki, Dövlət Yol Polisi İdarəsi bu xuliqanları artıq cəzalandırıb. Belə deyilsə, bu kadrlar onların cəzalandırılması və bu barədə ictimaiyyətə məlumat verilməsi üçün böyük əsas sayıla bilər.

loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©