Qeydiyyat    Giriş
Giriş
» » Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər

Bölmə: Avto / Xəbərlər

Sürücülərə şad xəbər

Ziya Bünyadov prospektində artıq asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən verilən məlumata görə, Ziya Bünyadov prospektində artıq asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsinə başlanıldı. 

İşlərin sürətlə aparılması, yolun bütün eni boyu üst örtüyünün döşənməsi üçün eyni vaxtda işləyən 4 asfalt döşəyən maşın və digər texnikalar cəlb olunub. Asfalt döşəyən maşınların eyni vaxtda işləməsi imkan verəcək ki, yol boyu texnoloji tikişlər olmasın və asfalt-beton örtüyünün ömrü uzun olsun.  Paralel olaraq səki daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir. Hava şərəiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin  çox qısa vaxtda yekunlaşması gözlənilir.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©