Qeydiyyat    Giriş
Giriş
» » Sürücülərin yeni qənimi peyda oldu - monitor radar

Sürücülərin yeni qənimi peyda oldu - monitor radar

Bölmə: Avto / Xəbərlər

Sürücülərin yeni qənimi peyda oldu - monitor radar

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) magistral yollarda yeni radarların sınaqdan keçirməyə başlayıb.

Məlumata görə, hazırda yeni tip radarın ilk nümunəsi Qobustan qəsəbəsində yerləşdirilib. İlk baxışdan televizora oxşayan bu radarlar sürətlə hərəkət edən avtomobili həm öndən, həm də arxadan çəkə bilir.
Eyni zamanda, onların «ağıllı radarlar» kateqoriyasına aid olduğu da deyilir. Qısa müddətdir quraşdırılmış bu radarların isə yaxşı işlədiyi məlum olub. Ona görə də, BDYPİ-nin rəhbərliyinin göstərişi ilə yaxın vaxtlardan etibarən onların magistral yollarda geniş şəkildə quraşdırılmasına start veriləcəyi gözlənilir.
Bu əsnada jam.az onu da dəqiqləşdirib ki, ilk baxışdan televizora oxşayan bu radarlar sürücülərin qəniminə çevrilib. Belə ki, onlar qəsəbənin ərazisindəki radar qurğusunun götürüldüyünü zənn edərək, yeni qurğunun isə radar olmasına inanmadıqlarından sürət həddini aşdıqları üçün cərimə olunublar.


loading...
Hörmətli istifadəçi,siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Biz sizə saytımızdan tam istifadə edə bilməniz üçün qeydiyyatdan keçməyi təklif edirik.
>
©