lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

Taksilər üçün avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyət ləğv edilib

Taksilər üçün avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyət ləğv edilib
Azərbaycan Nəqliyyat Nazirliyi bu gündən etibarən taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyəti aradan qaldırıb. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış ili 5 ildən artıq olan avtomobillərə də icazə veriləcək. Bunu APA-ECONOMICS»ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib: «Buraxılış ilindən 5 il keçməsi məsələsi ləğv edilib. Çünki elə avtomobillər var ki, bunlar həmin vaxtdan əvvəl buraxılsa da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verir».

Xatırladaq ki, taksi fəaliyyəti üçün lisenziya alınması barədə Nəqliyyat Nazirliyinin tətbiq etdiyi şərtlərə əsasən, taksi fəaliyyəti üçün lisenziyalar yalnız son 5 ildə istehsal olunan avtomobillərə - buraxılış ili 2007-ci ildən əvvəl olmayan avtomobillərə verilə bilərdi. Lakin indi bu qayda ləğv edilib. N.Həsənovun sözlərinə görə, Nazirliyin rəhbərliyi bu qaydanın ləğvi zamanı edilən çoxsaylı müraciətləri, hazırda taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin bir hissəsinin texniki vəziyyətinin normal olduğu, eləcə də bəzi sürücülərin belə avtomobilləri yenicə aldığını nəzərə alıb: «Buna görə taksi avtomobilləri üçün buraxılış ili məhdudiyyəti ləğv edilib».

Bununla yanaşı, qaydanın ləğv olunması heç də o demək deyil ki, taksi fəaliyyəti üçün bütün avtomobillərə lisenziya veriləcək. Əvvəla keçmiş SSRİ və indiki Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaq, taksilərin hamısı xarici maşınlar olmalıdır. Bundan başqa, N.Həsənovun sözlərinə görə, lisenziya verilməsi üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı və lisenziya üçün qoyulan parametrlərə cavab verməlidir: «Maşınların texniki vəziyyəti ciddi surətdə araşdırılacaq, texniki tələblərə cavab verən səviyyədədirsə, ona lisenziya veriləcək».


File engine/modules/thanks.php not found.
Baxanlar: 232 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 40
    İstifadəçilər: 1
    Qonaqlar: 38
    Axtarış robotları: 1

    İstifadəçilər:
    x.samir

    Axtarış robotları:
    Googlebot


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}