
"Mən səhnədə rəqs edəndə Oksana heç Bakıda deyildi".
İştirak etdikləri televiziya proqramından sonra münasibətləri daha da soyuyan iki populyar azərbaycanlı rəqqasə - Göyçək təxəllüslü Fatimə Fətəliyeva ilə Oksana Rəsulova arasında yaşanan qalmaqal kulminasiya nöqtəsinə çatdı. Oksana canlı yayımdan sonra açıqlama edərək bildirdi ki, artıq həmkarı Fatimə və onun tərəf-müqabili, rəqqas İlham Kərimli ilə bir araya gəlməyəcək.
"Onlarla bir araya gəlsəm, mənə Oksana deməyin!" deyən rəqqasəyə cavab özünü çox gözlətmədi. Lux.Az-a danışmaqda maraqlı olan Fatimə, münasibəti olmadığı Rəsulovaya sərt cavab verdi.
"Artıq neçə ildir ki, bu qalmaqal davam edir. Hər dəfə "qeyri-peşəkar", "professional rəqqasə" ilə bağlı mövzular müzakirəyə qoyulanda adım onun adıyla yanaşı hallanır. Heç kimlə işim olmadığı bir halda, daim cavab vermək məcburiyyətində qalıram. Oksana məndən nə istəyir, bilmirəm. Sizin vasitənizlə sonuncu dəfə oxucularınıza demək istəyirəm ki, mən səhnədə rəqs edəndə Oksana heç Bakıda deyildi.
İkincisi, peşəkarlıqdan danışır. 10 ildir ki, başda milli rəqslərimiz olmaqla, bütün dünya xalqlarının, o cümlədən hind rəqslərinə xüsusi quruluş verib ifa edirəm. Hansı qeyri-peşəkarlıqdan danışır, başa düşə bilmirəm. Əgər peşəkarlıq diplomla ölçülürsə, mən Mədəniyyət və İncəsənət Universitetində sahib olduğum sənət üzrə mükəmməl təhsil almışam. Bu vaxta qədər susurdum, amma görünür, sakit dayanmaq xeyrimdən çox, ziyanıma işləyib. Lux.Az-dakı bu açıqlamam ilk və son olacaq Oksana barəsində.
Əminəm ki, söylədiyim fikirlərlə hər şeyi izah etdim. İndi nə qədər istəyir, danışsın. Sözləri havada qalacaq. Mən boş vaxtımı ancaq yaradıcılığıma həsr etmək niyyətindəyəm, qoy o da məndən danışmasın", - sanki od püskürən Fatimə fikirlərini belə bildirdi.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini