Böyük Britaniyada çox təhlükəli xəstəlik yayılıb.
Bu stafilokokk dəri ilə əti çürüdüb "yeyir".

Lux.Az "Nursing Times"a istinadən bildirir ki, MRSA adlı bu xəstəliyin Britaniyaya ABŞ-dan gəldiyi güman olunur. MRSA ştamları antibiotiklərə çox dayanıqlıdır, sürətlə yayılır.
Xəstəliyə hətta avtobusda olarkən tutacağa toxunmaqla yoluxmaq olar.
"Daily Mail" bildirir ki, təhlükəli xəstəlik artıq Avropanın bir çox ölkələrinə yayılmağa başlayıb.
Ekspertlərin dediklərinə görə, MRSA USA300 stafilokokku dəridə çətin sağalan yaralar, irinli sahələr və sepsisli yerlər yaratmaqla yanaşı, ağciyərlər üçün ölümcül təhlükədir. Belə ki, sözügedən virus ağciyərlərdə ət toxumalarını çürüdərək "yeyən" nekrotik pnevmoniyaya (Necrotizing fasciitis) səbəb olur.
Virusun vətəni qismində ABŞ-ın adının çəkilməsi xəstəliyə ilk yoluxma faktlarının məhz bu ölkədə qeydə alınması ilə bağlıdır.
"NHS Choices" bildirir ki, Bat Universiteti nəzdindəki Biologiya və Biokimya Departamentinin (Department of Biology and Biochemistry at the University of Bath) rəhbəri Rut Messi Britaniyada ötən il MRSA stafilokokkuna yoluxma ilə bağlı 1000 faktın qeydə alındığını bildirir. Həmin faktların 200-ü bilavasitə USA300 bakteriyası ilə bağlı olub.
"Virusla bağlı nümunələr xəstəxanalardakı pasiyentlərdən çox, adi vətəndaşlardan götürülüb. Ona görə düşünürük ki, ölümcül virus klinikalar vasitəsilə yox, ictimai nəqliyyat və insanların gur olduğu yerlər vasitəsilə yayılır", - Messi deyib.
ABŞ-da USA300 virusuna yoluxma halları artıq çox ciddi problemə çevrilib.
Alimlərin dediklərinə görə, əvvəlki bakteriyalardan ciddi şəkildə fərqlənən MRSA USA300 virusuna yoluxan şəxs çox qısa müddətdə dünyasını dəyişir.
"Digital Journal" bildirir ki, sözügedən xəstəlik Qərbi Avropa ilə yanaşı, postsovet ölkələrinə də yayılmaqdadır.

File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

SEO
analiz
Keçid
vitrini