Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskinləşməsi ilə əlaqədar ölkənin ümumtəhsil məktəblərində dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər.
Bunu Trend-ə Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
“Bu barədə qərar havanın necə keçməsindən asılı olaraq verilə bilər. Qarlı-şaxtalı hava şəraiti davam etsə, dərslərin dayandırılma müddətinin uzadılması məsələsinə baxıla bilər”, - Əhmədov qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, bu məsələ yalnız Təhsil Nazirliyi səviyyəsində həll edilmir. Qərar verilərkən bu məsələ ölkə rəhbərliyi ilə də razılaşdırılmalıdır.
Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, hava şəraiti ilə əlaqədar ölkənin bütün orta ümumi təhsil müəssisələrində fevralın 2-dən 5-dək tədris müvəqqəti olaraq dayandırılıb.
Əmrə əsasən, həmçinin 4-5 fevral tarixlərində Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş yoxlama imtahanları təxirə salınıb.

File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

SEO
analiz
Keçid
vitrini