
Avropa Şurası Parlament Assambleyası Ermənistanı cəsədləri qaytarmağa çağırıb
Yazılı
müraciət “Azərbaycan hərbçilərinin meyitinin qaytarılmasının vacibliyi
haqqında” adlanır. Sənədi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin
üzvü Qənirə Paşayeva hazırlayıb. Sənəddə qeyd olunur ki, iyunun 18-də
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələri
atəşkəs rejimini pozub və Azərbaycan mövqelərinə hücum çəkib. Hücum
zamanı Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov
öldürülüb. Erməni tərəfi onun meyitini götürüb və qaytarmaqdan imtina
edib. Bir neçə gün sonra isə internetdə Mübariz İbrahimovun meyitinin
şəkilləri yayılıb. O vaxtdan Qırmızı Xaç Komitəsinin səylərinə
baxmayaraq, Mübariz İbrahimovun meyiti qaytarılmır.
File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?


SEO
analiz
Keçid
vitrini