lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

Ermənistan narahatdır (Təhlil)


Azərbaycanın atdığı hər bir addım İrəvanda böyük qalmaqala səbəb olur

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda intensivliyin azalmamasında maraqlı olduğunu deyir. Lakin prezident Dmitri Medvedevin İrəvana səfəri zamanı Gümrüdəki hərbi bazanın mövcudluğunun 49 ilədək uzadılması Ermənistanda fərqli ab-hava yaradıb. Qarşı tərəf artıq danışıqlarda heç bir nəticənin əldə olunmayacağını və münaqişənin hərbi variantla həllindən çəkinmədiyini iddia edir. Şübhəsiz, burada imzalanmış hərbi müqavilənin yaratdığı aciotacın böyük təsiri var. Erməni rəsmiləri Ermənistanın Rusiyanın forpostu olduğunu çəkinmədən söyləyir və müharibə başlayacağı təqdirdə, Kremlin öz forpostuna yardım göstərəcəyini düşünür. 

Rusiya ilə imzalanan hərbi müqavilə erməni hakimiyyəti üçün təbliğati vasitəyə çevrilib. Ölkənin müdafiə naziri Seyran Ohanyan vurğulayır ki, Gümrüdəki hərbi bazanın dislokasiya müddətinin uzadılmasına dair protokolun imzalanması Ermənistanın maraqlarına cavab verir. Onun sözlərinə görə, sənəd bir sıra hərbi faktorlarla yanaşı, Rusiya-Ermənistan siyasi əməkdaşlığını da möhkəmləndirib və gələcəkdə təhdidlərə qarşı müqavimət göstərmək imkanları yaradır. Lakin rəsmi Bakı bu bəyanatların mənasız olduğunu və həm siyasi, həm də psixoloci səciyyə daşıdığını bildirir. Digər tərəfdən, belə açıqlamalar gücün deyil, zəifliyin göstəricisi kimi dəyərləndirilir. Çünki qarşı tərəf Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli zamanı rəsmi Moskvanın İrəvanın arzu etdiyi tərzdə onun müdafiə etməyəcəyini anlayır, sadəcə populist şüarlarla qeyri-müəyyən vəziyyəti uzatmağa çalışır. Halbuki, Bakıda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev də qeyd etdi ki, Ermənistanla imzalanmış hərbi müqavilə heç bir yeni öhdəliklər müəyyənləşdirmir və daha çox Rusiyanın Cənubi Qafqazdakı maraqlarına xidmət edir. Milli Məcis sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirir ki, Rusiya prezidentinin səfəri Azərbaycanla münasibətlərin dərinləşməsinə kömək etməli və Şimal dövlətinin Qarabağ probleminin həllindəki rolunu artırmağa gətirib çıxarmalıdır.

Belə getsə, hərbi müqavilə ətrafında yaradılan hay-küy İrəvanın gözlədiyindən də az müddət çəkəcək. Bu gün dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üzərində düşünür və Rusiya-Ermənistan hərbi əlaqələrinin problemin tənzimlənməsinə maneçilik törətməyəcəyinə inanır. Ermənistan isə narahatlıq içindədir və Azərbaycanın atdığı hər bir addım qonşu respublikada böyük qalmaqala səbəb olur. Məsələn, sentyabrın 7-də BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin müzakirəsi ehtimalı erməni hakim dairələrini bir-birinə vurub. Prezident Serc Sarkisyan deyir ki, əgər Azərbaycanın təqdim etdiyi qətnamə BMT-də qəbul olunsa, Ermənistan cavab addımları atacaq. Onun iddiasına görə,  qətnamənin qəbul olunması, ya da olunmaması Ermənistanla Qarabağın siyasi, iqtisadi həyatına və təhlükəsizliyinə təsir göstərməyəcək. Sarkisyan onu da vurğulayır ki, dünya birliyi geriyə yol olmadığını, Qarabağın Azərbaycanın tərkibinə qayıtmasının mümkünsüzlüyünü anlamalıdır. 
Rəsmilər bu bəyanatı təsadüfi saymır və Ermənistanın artıq ölçülüb-biçilmiş açıqlamalar vermək iqtidarında olmadığını bildirirlər. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov qeyd edir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq aləm tərəfindən qeyd-şərtsiz tanındığını çox gözəl anlayır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində, BMT Baş Assambleyasının, AŞ PA-nın və digər beynəlxalq təşkilatların sənədlərində bu məsələ birmənalı olaraq əksini tapıb. Ermənistan prezidenti Serc Sarkisyanın “Dağlıq Qarabağ probleminin dinc yolla həlli yalnız onun müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınmasından keçir” bəyanatı isə daxili ictimaiyyətə hesablanıb. 


Azərbaycanın Qarabağ həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, Qarabağ mövzusunun beynəlxalq təşkilatların müzakirəsinə çıxarılması istiqamətindəki səyləri İrəvanda əbəs yerə narahatlıq yaratmır. Qarşı tərəf BMT kimi təşkilatlarda qəbul olunan istənilən qətnamə layihəsinin danışıqların sonrakı mərhələsində Ermənistanı daha çətin duruma salacağını başa düşür. Bu proseslər heç şübhəsiz, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona budəfəki səfərlərinin xarakterinə də təsir göstərəcək. Səfər çərçivəsində diplomatlar işğal olunmuş ərazilərdə fakt-araşdırma missiyasının yaradılması ilə bağlı məsələnin detallarını müzakirə etməyi nəzərdə tuturlar. Təşəbbüsün Azərbaycan tərəfindən qaldırıldığını, BMT-də müzakirələrin real olduğunu nəzərə alsaq, son hadisələr Ermənistanın durumunun heç də Sarkisyan və Ohanyanın söylədikləri qədər yaxşı olmadığından xəbər verir.

İrəvan rəsmiləri hazırda ümidlərini NATO-nun hərbi təlimləri çəriçvəsində Türkiyə ilə sərhədlərin açılmasına bağlayıblar. Bununla onlar daxildə artan təzyiqləri də zəiflətməyə çalışır. Lakin Ankaradan verilən bəyanatlar qarşı tərəf üçün arzuolunan deyil. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ermənistan-Azərbaycan ixtilafının həlli ilə Qafqazda sülh və sabitlik yaranacaq. Burada məsuliyyət daha çox Ermənistanın üzərinə düşür. İşğal altındakı torpaqlar azad edildikdən sonra qarşılıqlı olaraq Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılması ilə bölgəyə rifah gələcək. Ona görə də qonşu respublika Rusiya ilə hərbi müqavilə və NATO təlimləri ilə bağlı proqnozların arxasında planlar qurmaq əvəzinə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində addımlar atmağa başlamalıdır. Rusiya prezidentinin Bakı səfəri və səfər zamanı dövlət başçılarının verdiyi bəyanatlar Ermənistan rəhbərliyi üçün xəbərdarlıq olmalıdır.


File engine/modules/thanks.php not found.
Baxanlar: 272 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 85
    İstifadəçilər: 3
    Qonaqlar: 81
    Axtarış robotları: 1

    İstifadəçilər:
    Admindeliska
    x.samir

    Axtarış robotları:
    Googlebot


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}