Sentyabrın 3-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan
prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ruisya prezidenti
Dmitri Medvedev və xanımı Svetlana Medvedevanı səmimiyyətlə
qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri D.
Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim
olunublar. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Rusiya
prezidentlərinin təkbətək görüşü başlayıb. “İTAR-TASS” xəbər verir ki,
danışıqları açıq elan edən prezident İlham Əliyev gündəliyin kifayət
qədər zəngin olduğunu söyləyib: “Sizin Azərbaycana səfəriniz
əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda
ki bizim müzakirə edəcək mövzularımız var”.
Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib. Dmitri Medvedyev Azərbaycan prezidentinin bu dəyərləndirməsi ilə razılaşıb: “Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük”.

File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

SEO
analiz
Keçid
vitrini