lux.az - Mega portal of Azerbaijan

PORTAL RSS

Diqqət ! Sərfəli Cəlbedici,Professional Reklamlar: 468x60(*50AZN) - 160x250(*40AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

Diqqət ! Online Reklam - (*1 AZN)...! e-mail: mega.azerbaijan@gmail.com

«    Avqust 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Bizim radio: radio üçün EFİRƏ SMS YAZ

Rusiya uzun müddətə Qafqaza yerləşir (Təhlil)


Ermənistanla imzalanmış yeni hərbi saziş bu ölkəin hərbi və iqtisadi zəifliyinin göstəricisidir

Rusiya və Ermənistan arasında 102-ci hərbi bazanın icarə müqaviləsinin müddətinin uzadılması və Ermənistanın hərbi-texniki təminatına dair imzalanmış protokol hələ də gündəmdədir. Bəzi dövlətlərin bu məsələ ilə bağlı reaksiyası özünü çox gözlətmədi. Maraqlıdır ki, dünyanın supergücü hesab olunan Amerika Birləşmiş Ştatlarının bu məsələ ilə bağlı gözlənilməz açıqlaması da diqqətlərdən yayınmadı. Belə ki, Amerika Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Tonerin bu məsələnin yalnız Rusiya və Ermənistana aidiyyəti olduğunu bəyan etməsi birmənalı qarşılanmadı. Bakıda belə hesab edirlər ki, Rusiyanın Ermənistanla imzaladığı yeni hərbi müqavilə dövlətlərarası məsələ olsa da, Cənubi Qafqaz ölkələrində adi və strateji silahların yerləşdirilməsi ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq cinah sazişi ilə nizamlanır. Çünki 1992-ci ildə bu sazişə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, müvafiq cinah sazişində region ölkələrində yerləşdirilə biləcək silahların kvotası müəyyənləşib: «Ermənistan ordusunun kvotasına eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni, Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır». 
1992-ci ildən indiyədək Azərbaycan Ermənistanda Rusiya hərbi bazalarının yerləşdirilməsinə öz etirazlarını bildirərkən, Rusiya tərəfi eyni müqavilələri Azərbaycanla da imzalamaq niyyətini və rəsmi Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yolunun açıq olduğunu bildirib. Lakin Azərbaycan əsaslı mövqeyilə təşkilatdan imtina edib.
Bəzi ekspertlər isə hesab edir ki, Ermənistanla imzalanmış yeni hərbi saziş Rusiyanın uzun müddətə Qafqaza yerləşmə niyyətini ortaya qoyur. Siyasi analitiklərin fikrincə, bu müqavilə Rusiyanın regiondakı maraqlarının ifadəsi olmaqla yanaşı, Ermənistanın hərbi və iqtisadi zəifliyinin göstəricisidir.
Həmişəki kimi Rusiyanın bu dəfəki himayəsindən də ürəklənən Ermənistanın hakim dairələri ənənələrinə sadiq qalaraq yenə sərsəm iddialar irəli sürürlər. Ermənistanın Müdafiə naziri Seyran Ohanyan «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, təhlükənin haradan gəlməsindən asılı olmayaraq, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək. «Dağlıq Qarabağ separatçı rejiminin təhlükəsizliyinin təminatçısı Ermənistandır. Və bu rejim üçün təhlükə yaransa, Rusiya özünün müttəfiqlik və müqavilə üzrə öhdəliklərini yerinə yetirəcək». Bu isə onu deməyə əsas verir ki, erməni nazir ordusunun gücünə şübhə ilə yanaşır. Yəni Erməntistan yenə öz ampulasındadır. Eyni siyasi xətt və müstəqil siyasətin yürüdülməməsi. Ordusunun qüdrəti və gücünə araxalanmayan Ohanyanın Ermənistan Silahlı Qüvvələrinin hər zaman döyüş hazırlığında olması fikri isə sadəcə gülünc doğurur. Çünki acınacaqlı vəziyyət, ordusunda hökm sürən insidentlər, bir tikə çörək üçün vətəndaşlarının digər ölkələrə üz tutması faktları Ermənistan haqda açıq mənəzərə yaratmağa kifayət edir. Bakıda hesab olunur ki, erməni rəsmiləri bu tip iddialar irəli sürməklə bir daha odla oynadıqlarını göstərirlər. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hesab edir ki, Ermənistan Rusiyanı Dağlıq Qarabağda müharibəyə cəlb etmək istəyirsə, bu, böyük səhvdir. Rusiya ilə Ermənistan arasında hərbi müqavilənin imzalanması ilə bağlı məsələnin prezident Dmitri Medvedevin Bakıya gözlənilən səfəri zamanı da müzakirə olunacağı istisna edilmir. Həmin səfərdə müzakirə olunacaq məsələlərlə bağlı Azərbaycanın bəzi Kütləvi İnformasiya Vasitələrinə müsahibə verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hərbi protokolun imzalanması məsələsinə də toxunub: «Bu protokol Ermənistanda Rusiyanın hərbi bazasının olması haqqında razılaşmanın müddətini 49 il uzadır, vəssalam. Bu protokol nə Rusiyanın Ermənistandakı hərbi bazasının funksiyalarını, nə həmin bazada xidmət keçən hərbi qulluqçuların say tərkibini, nə də bazadakı silahların miqdarını dəyişir. Buna görə də həmin protokolun regionda qüvvələr balansına hər hansı dəyişikliklər edə biləcəyindən, eləcə də Rusiyanın hərbi bazasının indiki funksiyalarının və parametrlərinin müddətinin uzadılması nəticəsində hər hansı razılaşmaların pozulmasından danışmağa dəyməz. Rusiyanın hərbi bazasının başlıca məqsədi Rusiyanın mənafelərini təmin etməkdir». Bu açıqlamadan görünən odur ki, Ermənistan rəsmilərinin irəli sürdüyü bəyanatlar sadəcə onların fərziyyəsidir.

File engine/modules/thanks.php not found.
Baxanlar: 306 Şərhlər (0)
Hörmətli ziyarətçi, siz qeydiyyata alınmamış istifadəçi kimi sayta girmisiniz.
Biz sizə maksimal yararlanmanız üçünqeydiyyatdan keçməyi təklif edirik.

Şərh əlavə etmək

Adınız:*
E-Mail:*
Yazı:
Kodu daxil edin: *

tezlikle...

Son xəbərlər
      {lastnews}
Sorğu

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

Bakı və Abşeronda
Gəncədə
Naxçıvanda
Nabranda
İsmayıllıda
Qubada
Şəkidə
Qəbələdə
Lənkəranda
Evimdə
Qaynanam olmayan yerdə

REKLAM
Dost Saytlar

Network Tehnologies
QAZAX
End.aZ
PAL.AZ
exit.az
Qeribe.com



Saytınızı burda görmək istəyirsinizsə mega.azerbaijan@gmail.com adresi ilə əlaqə saxlayın.

Sayğac informerlər

Online məlumat:

  • Hal-hazırda saytda: 41
    İstifadəçilər: 3
    Qonaqlar: 37
    Axtarış robotları: 1

    İstifadəçilər:
    Inpufffedlzprovided134
    x.samir

    Axtarış robotları:
    Googlebot


    Adminstrator | Redaktor | Nəzarətci

Biz Facebookda

Ümumi məlumat:

  • {siteinfo}