Gövhər Həsənzadə mahnılarının toplandığı 6 diskin hazırlıqlarına
başlayıb. Bəstəkar görüləcək işlərlə bağlı Türkiyəyə səfər edəcək: “Bu
barədə daha öncə məlumat vermişdik. Sözügedən 6 diskdə Gövhər
Həsənzadənin bu vaxta qədər bəstələdiyi mahnıların ən seçmələri yer
alacaq. Disklərin sayının 6 olması Gövhər xanımın adının 6 hərfdən
ibarət olması ilə bağlıdır. Hər bir albom Həsənzadənin adında cəm olan
hərflərlə adlandırılacaq. Məsələn, birinci albom “G” hərfi ilə
başlayacaq, ikinci “Ö” hərfi ilə və daha sonra “V, H, Ə, R,” hərfləri
ilə adlandırılacaq. “Gövhər” adının mənası “inci” olduğuna görə hər bir
hərfin altında Həsənzadə yaradıcılığının incilərindən ibarət ən seçmə
mahnılar cəm olacaq”.
Mətbuat katibi bildirib ki, albomların birində bəstəkar mahnılarını özü oxuyacaq. Həsənzadənin ifasını səs aranjemançısı Samir Əsədov müşayiət edəcək. Bəstəkar və musiqiçi mahnıların bəzilərini duet şəklində ifa edəcəklər.
Gövhər Həsənzadə diskin təqdimatını konsert proqramı şəklində keçirməyi planlaşdırır. Konsertdə Türkiyə sənətçilərinin də iştirakı gözlənilir.

File engine/modules/thanks.php not found.

Azərbaycanda istirahət üçün ən gözəl məkan haradadır?

SEO
analiz
Keçid
vitrini